Latviyada piyada əleyhinə minaları qadağan edən konvensiyadan çıxmaq təşəbbüsü başlayıb


Latviya piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Ottava Konvensiyasından çıxmaq üçün imza toplamağa başlayıb.


Konvensiya onu imzalayan dövlətlərə heç vaxt, heç bir halda, piyada əleyhinə minalardan istifadə etməmək öhdəliyi qoyur.

Təşəbbüs nümayəndəsi Atis Stankieviç istəyir ki, Latviya öz müdafiə strategiyasını real qiymətləndirsin və xüsusilə indiki təhdidli şəraitdə Ottava Konvensiyasına üzvlüyünə yenidən baxsın. Onun fikrincə, bu, Latviyanın müdafiəsi üçün effektiv və haqlı addım olardı.

Təşəbbüsü təqdim edən şəxs hesab edir ki, Latviya cəmiyyətində potensial təcavüzkarın hücumu zamanı Latviya sərhədinin müdafiə oluna biləcəyinə inam hissi yaranacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu