"Vitamin bombası" mal qaraciyərindədir – Həftədə neçə dəfə yeməli?
Orqanizmdə vitamin-mineral bombası effekti yaradacaq qidalardan biri də mal qaraciyəridir.
“Medicina” xəbər verir ki, terapevt İrina Baranova vitamin bombası adına uyğun 5 ərzağı sadalayıb.
“Bu ərzaqlardan həftədə 1-2 dəfə yeməkeyni vaxtda bir neçə vitamin-mineral almağa səbəb olur.
Bu ərzaqların tərkibində yüksək konsentrasiyada antioksidant, mineral və yağ turşuları var.
“Əgər həkim tərəfindən ciddi göstəriş yoxdursa, bu vitamin bombaları hər rasionda ola bilər.
Ən yaxşı beşlik: Losos balığı, brokkoli, avokado, pomidor, qaraciyərdir.
Bunlar D, C, B12, B9 vitaminləri, kaliy, fosfor, maqniy, selenlə zəngindir.
Güclü antioksidant olub orqanizmi xərçəngdən qoruyur, immuniteti gücləndirir, qanı artırır, hormonal balansı tənzimləyir. Həftədə 1 dəfə, hər dəfə 100 qram olmaqla yemək olar”.
Eləcə də həftə ərzində qoz, badam, yumurta, balıq yeməlisiz.