Kolumbiyada torpaq sürüşməsi nəticəsində 39 nəfər ölüb


Kolumbiyanın Choco inzibati bölgəsində yanvarın 13-də magistral yolda baş verən sürüşmə nəticəsində həyatını itirənlərin sayı 39-a yüksəlib.



Kolumbiyanın Milli Fəlakət Riskinin İdarə Edilməsi Birliyinin (Ungrd) verdiyi açıqlamada, Quibdo-Medellin avtomobil yolunda baş verən fəlakətdə ölənlərin sayının artdığı açıqlanıb.

Açıqlamada həyatını itirənlərin sayının 39-a yüksəldiyi, itkin düşənlərin tapılması üçün işlərin davam etdirildiyi bildirilib.

Yerli rəsmilərlə birlikdə magistral yolu ziyarət edən prezident Qustavo Petro torpaq sürüşməsi nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Həlak olanların ailələrinə hər cür dəstəyi verəcəklərini ifadə edən Petro hadisədən dərin kədərləndiklərini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu