Gürcüstan parlamentinin spikeri Papuaşvili Zelenski və Sandudan üzr istəməsini tələb edib
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Birinci Kanalın efirində bildirib ki, Tbilisi Gürcüstanın keçmiş dövlət başçısı Mixail Saakaşvilinin həbsxanada işgəncələrə məruz qalması barədə yalan danışdıqlarına görə Ukrayna və Moldova prezidenti Vladimir Zelenski və Maya Sandudan üzrxahlıq gözləyir.
“Avropa Komitəsinin gəldiyi nəticədən biz prezident Zelenski, prezident Sandu və Avropa Parlamentinin üzvlərinin Gürcüstanı Saakaşviliyə işgəncə verməkdə ittiham edərkən yalan danışdıqlarını öyrəndik. Bu gün öyrəndik ki, bir çox Qərb siyasətçiləri Gürcüstan və gürcü xalqı qarşısında özlərini biabır ediblər. Ona görə də biz bu insanların üzr istəmələrini gözləyirik” - deyə spiker bildirib.