Bolqarıstan AİHM-in qərarına əsasən sonuncu kralına təzminat ödəyəcək


Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Bolqarıstanın mülkiyyət hüquqlarını pozduğuna görə ölkənin sonuncu çarı və keçmiş baş naziri Simeon Qotaya 1 milyon 635 min 875 avro təzminat ödəməsi barədə qərar çıxarıb.



Bu barədə hökumətin informasiya xidməti məlumat yayıb.

Şikayət sonuncu Bolqarıstan kralı, daha sonra ölkənin baş naziri (2001-2005) II Simeon - Simeon Borisov Sakse-Koburq-Qota tərəfindən verilib. Petisiyaya onun ABŞ-da yaşayan böyük bacısı Maria-Luise Borisova Xrobok da qoşulub.

Son Bolqarıstan kralı ilə ölkə hakimiyyəti arasında hüquqi mübarizə 10 ildən artıqdır ki, davam edir. Yanvarda Sofiya məhkəməsi Rila dağlıq bölgəsində bir neçə yüz hektar ərazini və 66 daşınmaz əmlakı Qotanın mülkü olaraq tanıyıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu