ABŞ-da hava limanında anqar uçub: 3 nəfər ölüb


ABŞ-ın Aydaho ştatında hava limanında tikilməkdə olan anqarın uçması nəticəsində 3 nəfər ölüb, 5-i ağır olmaqla 9 nəfər yaralanıb.



ABŞ-ın Boise şəhər rəhbərliyindən verilən açıqlamada, şəhərdəki hava limanında özəl bir şirkət tərəfindən tikilən və hazırda tikintisi davam edən anqarın çökdüyü barədə axşam saatlarında məlumat daxil olduğu bildirilib.

Açıqlamada hadisə nəticəsində 3 nəfərin öldüyü, 9 nəfərin yaralandığı, yaralananlardan 5-nin vəziyyətinin ağır olduğu qeyd edilib.

Boise Yanğın Departamentinin Əməliyyatlar rəisi Aaron Hummel mətbuat konfransında polad anqarın çökdüyünü bildirib.

Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu