Moldovada hava limanına silahlı hücum zamanı 2 nəfər ölüb


Moldovanın Kişinyov Beynəlxalq Hava Limanında əcnəbi vətəndaşın atəş açması nəticəsində iki nəfər həlak olub.


Moldova Daxili İşlər Nazirliyinin məlumatına görə, xarici ölkə vətəndaşı Kişinyov Beynəlxalq Hava Limanında ölkəyə buraxılmayandan sonra atəş açıb.

Hücumçu bir neçə nəfəri girov götürərkən, hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb. Hava limanına təhlükəsizlik qüvvələri və sağlamlıq qrupları göndərilib. Hadisə zamanı həyatını itirən 2 nəfərin hava limanında növbətçi olduğu bildirilib.

Hava limanına göndərilən təhlükəsizlik qüvvələri 43 yaşlı tacikistanlı hücumçunu yaralı halda ələ keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu