Sevastopolun keçmiş qubernatoru Londonda saxlanıldı


Sevastopolun keçmiş qubernatoru Dmitri Ovsyannikov sanksiyalardan yayınma və çirkli pulların yuyulması ittihamı ilə Londonda saxlanılıb.



Bu barədə “The Times” qəzeti yazıb.

“Milli Cinayət Agentliyi (NCA) Ovsyannikovun yanvarın 22-də saxlanıldığını bildirib. Ertəsi gün ona qarşı yeddi sanksiya pozuntusu və iki dəfə çirkli pulların yuyulması ittihamı irəli sürülüb. O, nəzarətə götürülüb”, - məqalədə deyilir.

Dmitri Ovsyannikov öz evində saxlanılıb. O, fevralın 20-də məhkəmə qarşısına çıxacaq. O, qəsdən sanksiyalardan yayınmağa cəhddə ittiham olunur. Qəzetin yazdığına görə, Ovsyannikov Londonda HBOS maliyyə qrupunun banklarından birində əvvəllər açdığı hesaba ümumilikdə 65 min funt-sterlinq məbləğində köçürmələr alıb. Ondan da 77,5 min funt sterlinq nağd pul götürülüb. Ehtimal ki, bu da qanunsuz maliyyə əməliyyatları nəticəsində əldə edilib.

Ovsyannikovun cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb Böyük Britaniyada onun sanksiyaya məruz qalmış şəxs olması və buna görə də pulu tam idarə etmək və maliyyə xidmətlərindən istifadə etmək hüququna malik olmaması olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu