Argentina prezidenti Tinder-in yaradıcısı ilə sammit keçirəcək


Argentina prezidenti Xavyer Miley Buenos-Ayresdə Tinder-in qurucusu Şon Rad, eləcə də digər tanınmış texnologiya biznes liderləri ilə sammit keçirəcək.



Bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Tinder-in təsisçisi Şon Rad ilə indicə video görüş keçirdik və biz Buenos-Ayresdə digər böyük texnoloji sahibkarlarla birgə görüş təyin etdik.” – Maylinin postunda deyilir.

Bloomberg xəbər verir ki, video zəng Argentina Konqresinin iclası zamanı baş tutub və burada Maylinin ölkənin zəif iqtisadiyyatını “şok terapiyası” ilə bağlı genişmiqyaslı qanun layihəsi müzakirə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu