Xavyer Miley Konqresə yüzlərlə səhifəlik islahat paketi göndərdi


Argentina prezidenti Xavyer Miley ölkə Konqresinə iqtisadiyyat və dövlət idarəçiliyi ilə bağlı yüzlərlə səhifəlik islahatlar paketini göndərib.



Bu barədə Bloomberg məlumat yayıb.

Qeyd edilir ki, Miley şok terapiyası yanaşmasını iqtisadi siyasətdən kənara çıxarıb və qanun layihəsi dövlət idarəçiliyinin bir çox aspektlərini də əhatə edir.

İslahat qanun layihəsi Argentinada ilkin seçkilərin və universitetlərin təhsil haqlarının ləğvi, eləcə də 41 dövlət şirkətinin özəlləşdirilməsi və səlahiyyət müddəti ərzində prezidentin iqtisadi siyasət səlahiyyətlərinin gücləndirilməsi də daxil olmaqla bir sıra tədbirlərin görülməsini tələb edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu