Argentinanın yeni prezidentini çətin dövr gözləyir


Argentinada keçirilən mübahisəli prezident seçkilərində böyük fərqlə qalib gələn ifrat sağçı Xavyer Mileyi iqtisadi böhranın kölgəsində çətin 4 il gözləyir.


Qutuların 99 faizindən çoxunun açıldığı seçki nəticələrinə görə, Azadlıq İnkişaf Partiyasının namizədi Miley 55,69 faiz səslə prezident seçilib.

Seçkilərin ilk turunda səslərin 30 faizini toplayan Miley dünən keçirilən ikinci tur seçkilərində səslərini 25 baldan çox artıraraq rəqibi “Peronist” ittifaq namizədi və hazırkı nazirdən 12 xal üstünlüyü əldə edib.

Konqresə üzv seçildiyi 2021-ci ilə qədər siyasətdən xəbərsiz olduğu bilinən 53 yaşlı Miley avqustun 13-də keçirilən praymerizdə 30 faiz səs toplayaraq bütün tərəfləri təəccübləndirib.

Argentina mətbuatında yer alan bəzi xəbərlərdə illərdir siyasətdən məyus olan gənclər və mövcud vəziyyətdən narahat olan kütlələrin siyasətçilərdən umduqlarını tapa bilməməsi Mileyin uğurunun sirləri arasında göstərilir.

Bununla belə, Beynəlxalq Valyuta Fonduna (BVF) ödəniləcək 44 milyard dollarlıq borc, illik inflyasiyanın 140 faizi ötməsi, qənaət siyasətləri, milli valyuta pesonun dollar qarşısında devalvasiyası və yüksək işsizlik səviyyəsi Mileyi gözləyən çətin vəzifələr sırasındadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu