Yapon alimləri: Nemoslar tək qalmağı xoşlayırlar
Yapon alimlərinin araşdırması nəticəsində təlxək balıq növünün öz növlərinə qarşı aqressiv davrandığı məlum olub.
Təxminən 30 növü olan Nemos balığı Pomacentridae ailəsinin bir hissəsidir.
Okinava Elm və Texnologiya İnstitutunun alimlərinin araşdırmasında Latın adı amphiprion ocellaris olan təlxək balıq növü araşdırılıb. Bu balıq həm də 2003-cü ildə Nemonu tapmaq filmi ilə məşhurlaşıb.
Tədqiqatda daha əvvəl digər təlxək balıq növləri ilə qarşılaşmayan gənc təlxək balıqları su çəninə yerləşdirilib. Çənə yerləşdirilən akvariumda həm amphiprion ocellaris, həm də digər təlxək balıq növləri olub.
Üç ağ şaquli zolaqlı təlxək balığının öz növünün balıqlarına qarşı daha aqressiv davrandığı müəyyən edilib.
Araşdırmanı aparan elm adamlarından Kina Hayaşi, amphiprion ocellaris-in digər təlxək balıqlarındakı zolaqları sayaraq eyni növ olub-olmadığını müəyyən edə bildiyini söyləyib. Amphiprion ocellaris zolaqsız və ya tək zolaqlı təlxək balıqlarına qarşı eyni aqressivliyi nümayiş etdirməyib.
"Bu təcrübə göstərdi ki, ağ şaquli zolaqların sayı eyni növlərin fərqləndirilməsində və hücum edib-etməməsinə qərar verməkdə mühüm rol oynayır", - deyə Hayaşi qeyd edib.
Araşdırmanın nəticələri fevralın 1-də “Journal of Experimental Biology” elmi jurnalında dərc olunub.