Sudan kənarda yaşaya bilən yeni balıq növü kəşf edilib


Boliviyada saatlarla sudan kənarda qala bilən və fərqli nəfəs alma tərzinə malik yeni balıq növü kəşf edilib.


Tədqiqatçı Heinz Arno Drawert tərəfindən kəşf edilən yeni balıq növləri könüllü olaraq sudan çıxır, saatlarla çöldə qalaraq nəfəs alır.

Uzun illərdir balıq növləri ilə bağlı geniş araşdırmalar apardığını bildirən Drawert, qəribə balığın uzunluğunun təxminən beş santimetrə çatdığını, gövdəsində yaşılımtıl-boz rəngli ləkələrin və naxışların olduğunu qeyd edib.

Bu balıq növünün sudan öz iradəsi ilə çıxdığına diqqət çəkən Drawert, "Yumurtaları quraqlığa dözə bilir, onları gölməçələrin dibində palçığa və torpağa basdırırlar. Yumurtalara heç bir şey olmaz. Bu balığın əsas xüsusiyyətlərindən biri yumurtaların uyğunlaşmasıdır”, ifadələrini işlədib.

Yeni kəşf edilən balıq növlərinin qorunması lazım olduğunu vurğulayan araşdırmaçı Drawert, son 20-30 ildə onların tapıldığı ərazidə böyük bir genişlənmə olduğunu qeyd edib: "Yaşayış yerlərinin çoxu artıq mövcud deyil. Asanlıqla deyə bilərik ki, onların təbii yaşayış yerlərinin 60-70 faizi yox olub”.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu