Mərkəzi Afrika Respublikasında həbsxanada baş verən iğtişaşda 2 məhbus ölüb


Mərkəzi Afrika Respublikasının (CAR) Ouaka bölgəsində həbsxanada baş verən iğtişaşda iki məhbus həyatını itirib.



Milli mətbuatda yayılan xəbərlərə görə, Ouaka bölgəsindəki Bambari şəhərinin mərkəzi həbsxanasında xəstə məhbusun ölümündən sonra iğtişaş baş verib.

İğtişaşlara müdaxilə edən təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 2 məhbus həyatını itirib, çox sayda məhbus isə yaralanıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Əksəriyyəti müstəmləkə dövrünə aid olan CAR həbsxanaları pis həyat şəraiti və məhbusların tutumundan çox olması səbəbindən tez-tez ölümlərə səhnə olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu