Livanda həbsxanada yanğın: 4 nəfər ölüb


Livanın şərqində bir həbsxanada məhbusların etiraz üçün başlatdıqları yanğında 4 məhbus həyatını itirib.


Livanın rəsmi agentliyi NNA tərəfindən yayımlanan xəbərdə Bekaa əyalətindəki Zahle həbsxanasında baş verən yanğınla bağlı təfərrüatlar paylaşılıb.

Bildirilib ki, bəzi məhbuslar “yaşayış şəraitinin pis olmasına” etiraz olaraq həbsxananın yuxarı mərtəbəsində yanğın törədiblər və alov qısa müddətdə bütün mərtəbələrə yayılıb.

İlkin təsbitlərə görə, baş verən yanğında 4 məhbus həyatını itirib.

Hadisə şahidi bildirib ki, həbsxanaya çoxlu təcili yardım maşınları gəlib və yaralılar şəhərdəki xəstəxanaya aparılıb.

Livan Daxili İşlər Nazirliyi Zahle Həbsxanasında baş verən hadisələrin Baş Qərargah ilə koordinasiyalı şəkildə izlənildiyini və bütün lazımi tədbirlərin görüldüyünü açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu