Əliyar Ağayev yenə Superliqaya dəvət aldı

Azərbaycanlı hakim Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasına dəvət alıb.
“Qafqazinfo” xəbər verir ki, FİFA referisi fevralın 11-də keçiriləcək 22-ci turunun görüşünü idarə edəcək.
Belə ki, o, həmin gün baş tutacaq PAOK - AEK oyununda ədaləti qoruyacaq. Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.
Yerli Diamantopulos dördüncü hakim funksiyasını icra edəcək. Elçin Məsiyev isə VAR hakimi olacaq.