Əliyar Ağayev Yunanıstan çempionatının oyununa təyinat aldı


Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının vacib oyununa təyinat alıb.


O, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, “Panatinaikos” və “Aris” komandaları arasındakı oyunu idarə edəcək.

Çempionluq qrupunun 6-cı turu çərçivəsində baş tutacaq bu oyunda Əliyar Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Mayın 1-də keçiriləcək bu qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu