Azərbaycanlı hakim məşhur derbidə qolu ləğv etdi - VİDEO




Azərbaycanlı hakimlərin təyinat aldığı “Panatinaikos” – PAOK qarşılaşmasında ev sahibləri 2:0 hesablı qələbə qazanıb.

Matçın ilk hissəsində "Panatinaikos" klubu fərqlənsə də, oyunu idarə edən hakim Əliyar Ağayev VAR sisteminin müdaxiləsindən sonra qolu ləğv edib.

Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 45-ci dəqiqədə Federico Macheda və 56-cı dəqiqədə isə Anastasios Chatzigiovannis komandalarının qələbə qolunu vurublar.

Qeyd edək ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan Super Liqasının 22-ci turu çərçivəsində fevralın 2-də keçirilən “Panatinaikos” – PAOK oyununu idarə ediblər. Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər.//BAKU.WS



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu