Yaponiya dünyanın üçüncü ən böyük iqtisadiyyatında yerini Almaniyaya verib
2023-cü ilin sonunda Yaponiya nominal ÜDM-ə görə dünyada üçüncü iqtisadiyyat olaraq yerini Almaniyaya verdi.
Bu barədə RİA Novosti məlumat yayıb.
Yaponiya Nazirlər Kabinetinin məlumatına görə, ötən il inflyasiya nəzərə alınmadan ölkənin nominal ÜDM-i 591,48 trilyon yen (təxminən 4,21 trilyon dollar) təşkil edib. Bununla belə, Almaniyanın 2023-cü ildə nominal ÜDM-i təxminən 4,46 trilyon dollardır.
Avropa İttifaqının ən böyük iqtisadiyyatı olan Almaniyanın ÜDM-i 2023-cü ilin sonunda 0,3 faiz azalıb.