Azərbaycan millisi FIFA reytinqində irəliləyib


FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.


Azərbaycan yığması bir pilləyə irəliləyərək 113-cü sırada qərarlaşıb.

Yığmanın 1174.22 xalı var.

Komandanın UEFA Millətlər Liqasındakı rəqiblərindən İsveç (1531,13) 26-cı, Slovakiya (1465,73) 48-ci, Estoniya (1148,76) 123-cüdür.

Siyahıya son dünya çempionu Argentina (1855.2) başçılıq edir. Fransa (1845,44) ikinci, İngiltərə (1800,05) üçüncüdür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu