Bu cinayətin kökündə məsuliyyətsizlik dayanır - Yazgül Abdıyeva


Öz ailə üzvlərini, həmçinin körpə uşaqları amansızca qətlə yetirən şəxs normal bir insan ola bilməz.


AFN.az xəbər verir ki, bunu həkim oftalmoloq, "Sağlamlığın Qorunması" İctimai Birliyinin sədri Yazgül Abdıyeva Bakıda 25 yaşlı Əhməd Əhmədovun öz ailəsinin 5 nəfər üzvünü qətlə yetirməsini şərh edərkən bildirib. O, qeyd edib ki, baş verən hadisə həmin şəxsin psixi xəstəlikdən əziyyət çəkdiyini göstərir: "Belə məqamda isə valideynlər övladlarının bu halını qəbul etməli, barışmalıdır. Onların cəmiyyətə inteqrasiyasına yol verməməli, sağalandək reabilitasiya və müalicəyə təşviq etməlidirlər. Təəssüf ki, bu cinayətin kökündə məsuliyyətsizlik dayanır".
Y.Abdıyevanın sözlərinə görə, ağır psixi xəstəyə, narkomana düzələcək deyib onları normal həyata atırlar və bu da faciələrə gətirib çıxarır: "Bəzən isə belə insanların evləndirilməsi bir neçə ailənin bədbəxt olmasına səbəb olur. Bu isə cəmiyyətin sağlam inkişafına əngəldir. Həmçinin qeyd etmək istərdim ki, bir sıra media və sosial şəbəkələrdə baş vermiş bu hadisə ilə bağlı informasiyaların ictimaiyyətə çatdırılmasında qeyri-həssaslıq var.
Bu tip ağır xəbərlər media və sosial şəbəkələrdə yayımlanmamalıdır. İçərisində belə davranışlar olan xəbərlərin geniş yayılması belə faciələrin təkrar yaşanmasına təşviq etmiş olur. Aidiyyəti qurumlar da bu isə biganə yanasmamalidir. Belə insanlara nəzarət olmalidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu