Əhmədin psixoloji problemi yoxdur – zərərçəkən və psixoloqdan açıqlama


Bu, anidən baş verən cinayət deyil.


AFN.az xəbər verir ki, bunu dünən Bakıda baş vermiş dəhşətli qətli şərh edərkən psixoloq İlahə Dəmirbəy bildirib. Onun sözlərinə görə, 5 nəfər ailə üzvünü qəddarlıqla qətlə yetirən 25 yaşlı Əhməd Əhmədov bunu planlaşdırıb: “Bu cinayətdə fərqli hal hiss edirəm. Bu anidən baş verən hadisə yox, düşünülmüş addımdır. Eyni zamanda, kimsə bildirmişdi ki, ailədə heç bir problem yoxdur, buna da inanmıram. Belə bir təəssürat var ki, ailədə uzun müddətdir nəyinsə mübahisəsi gedib. “Dəlilik” mövzusuna gəlincə, tibdə belə bir anlayış yoxdur. Biz buna psixi pozuntu deyirik. Əhmədin ilk cinayətində cəzadan yayındırmaq üçün alınan kağız parçası olub. Hər hansı psixoloji problem ola bilər ki, bu da ailə ilə münasibəti korlayıb. Amma hələ bilmirik ailənin ona olan münasibəti necə olub. Hər şeyə rəğmən, mən o adamda psixiatrik problemin olduğunu düşünmürəm. Bu mənim subyektiv fikrimdir”.
Qeyd edək ki, Ə.Əhmədovun əvvəllər yaraladığı Ramin adlı gəncin anası Aynur xanım da “Space”nin efirində bildirib ki, Əhmədin heç bir psixoloji problemi yoxdur: “Mənim oğlumla bir yerdə idmana gedirdi. O hadisə də Əhmədin 17 yaşında olanda baş verib, 15 yaşı olanda yox. Həmin vaxt bizim adamımız olmadı deyə iş yarımçıq qaldılar. Apardılar kağız aldılar. Çox özbaşına, harın uşaq idi. Xainliyi də vardı. Mənim evimdə olub dəfələrlə, heç bir psixoloji problemi yox idi. Sadəcə, xain, harın uşaq idi. Heç nəyi yox idi”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu