Rusiyada süni intellekt tətbiqi tibbi ixtisas imtahanından keçə bilib


Rusiyanın ən böyük maliyyə qurumu "Sberbank"ın hazırladığı "GigaChat" süni intellekt proqramı tibb fakültəsini bitirən tələbələr üçün imtahanı uğurla başa vurub.


"Russia Today"ın məlumatına görə, "Sberbank" verdiyi açıqlamada GigaChat-ın 6 illik tibb təhsili alan tələbələrin verdiyi bilik imtahanından uğurla keçdiyini açıqlayıb.

GigaChat 100 suallıq testdə 82 faiz müvəffəqiyyət əldə edib. O, həmçinin cərrahiyyə, ginekologiya və mamalıq sahələrində üç ayrı iş üzrə şifahi imtahanı tamamlayıb.

GigaChat-ı inkişaf etdirən mütəxəssislər alqoritmin testdən keçməsi üçün 6 aylıq təlim prosesi apardıqlarını və bu müddət ərzində Rusiyada tibb fakültəsi tələbələrinin istifadə etdiyi məqalələrdən və dərsliklərdən istifadə edildiyini vurğulayıblar.

Bank xidmətləri ilə yanaşı, son illərdə texnologiyaya investisiyaları ilə gündəmə gələn "Sberbank" 2023-cü ilin aprel ayında ABŞ mərkəzli OpenAI-nin süni intellekt tətbiqi ChatGPT-yə alternativ olaraq inkişaf etdirdiyi GigaChat-ı istifadəyə verib.

Söhbət, kodlaşdırma və şəkillər hazırlamaq kimi imkanlara da sahib olan platforma beynəlxalq rəqiblərindən fərqli olaraq rus dilində daha “ağıllı” ünsiyyət qura bilir.

GigaChat-ın 2024-cü ilin yanvar ayından etibarən 2,5 milyondan çox istifadəçisi var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu