İran yeni hava və raketdən müdafiə sistemlərini təqdim edib
İran Müdafiə Nazirliyi yeni “Arman” və “Azaraxş” hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərini təqdim edib.
“İrna” xəbər verir ki, "Arman" sistemində istifadə olunan raketlər eyni vaxtda 120-180 km məsafədə altı hədəfi vura bilir.
"Azaraxş" hədəfləri aşkar etmək və ələ keçirmək üçün eyni vaxtda radar və elektro-optik sistemlərdən istifadə edə bilir. Bundan əlavə, "Azaraxş" sistemində istifadə olunan raketlər istilik yönləndirmə sisteminə malikdir.