İsrail İranın hücumlarına cəmi bir neçə gün tab gətirəcək - İDDİA
İsrail və ABŞ bir neçə gündən sonra İrandan gələn intensiv hücumları dəf edə bilməyəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu keçmiş amerikalı kəşfiyyatçı Skot Ritter “Al Mayadeen”ə açıqlamasında bildirib. O, qeyd edib ki, İran raketləri və pilotsuz uçuş aparatları (PUA) İsrail hərbi bazalarına çata bilib. Ritterin fikrincə, bu, Tel-Əvivin özünü müdafiə etmək iqtidarında olmadığını deməyə əsas verir. "Bundan əlavə, raketlərin və dronların məhv edilməsinə milyardlarla dollar xərclənir" - deyə Ritter əlavə edib. Keçmiş kəşfiyyatçı İsrail və ABŞ qüvvələrinin davamiyyətinin uzun sürməyəcəyini iddia edib.
“İsrail və müttəfiqləri milyardlarla dollar dəyərində yüksək texnologiyalı raketdən müdafiə sistemlərindən neçə gün ərzində istifadə edə biləcəklər. Cavab üç-beş gündür. İranın pilotsuz uçan aparatları bitənə qədər onların raketləri tükənəcək. Təsəvvür edin, bundan sonra nə baş verəcək” - deyə Ritter vurğulayıb.
Kəşfiyyatçının sözlərinə görə, İsrail gec-tez hava hücumundan müdafiə sistemlərini qurtaracaq. "Bundan sonra İran onları “sökəcək”.