Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər gedir, amma... - nazir


Ermənistan üzərindən Azərbaycandan Naxçıvana marşrutun açılması istiqamətində işlər gedir, lakin İran ərazisindən keçməklə alternativ variant da var.


Bunu Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu deyib.

“Ermənistan ərazisindən keçən marşrut üzrə işlər aparılır. Amma Ermənistan tərəfində problemlər olarsa, o zaman Azərbaycanın da dəhlizin İran ərazisindən keçməsi imkanları ilə bağlı İranla təmasları var”, - Uraloğlu qeyd edib.

Onun sözlərinə görə, hazırda hər iki variant nəzərdən keçirilir. Tikintinin hansı mərhələdə olduğu sualına gəlincə, Türkiyə rəsmisi bildirib ki, Azərbaycan tərəfi öz ərazisində tikinti işlərini davam etdirir. "Türkiyədən Naxçıvana yolun tikintisi üçün də tender elan olunub", - türkiyəli nazir deyib.

Ölkə.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu