Belçikada məhkəmə hicaba görə işə götürülməyən qadının etirazını rədd edib
Belçikanın əmək məhkəməsi Brüssel Bələdiyyəsinin hicaba görə işə götürməkdən imtina etdiyi qadının verdiyi etiraz işində mənfi qərar verib.
Milli mətbuatın yazdığına görə, 2021-ci ilin yanvar ayında hicaba görə Brüssel Bələdiyyəsinə iş müraciəti qəbul edilməyən qadın ayrı-seçkiliyə məruz qaldığı səbəbilə məhkəməyə müraciət edib.
Brüssel Birinci İnstansiya Mülki Məhkəməsində baxılan işdə bələdiyyənin 2022-ci ilin dekabrında haqlı olduğu qərara alınıb.
İddiaçı daha sonra 2023-cü ilin yanvarında Brüssel Əmək Məhkəməsinə müraciət edib.
Lakin məhkəmə Avropa İttifaqının (Aİ) Ədalət Məhkəməsinin qərarına istinad edərək qadının ayrı-seçkiliyə məruz qalmadığına qərar verib.
Aİ Ədalət Məhkəməsi 28 noyabr 2023-cü il tarixində qərar verib ki, üzv ölkələrin dövlət idarələri işçilərin iş yerlərində dini inancları simvolizə edən əşyalar taxmasını qadağan edir.