Barselona hava limanında radioaktiv sızma baş verib


İspaniyanın Barselona şəhərindəki El Prat hava limanında təyyarənin anbarında olan çamadandan radioaktiv maddə tökülüb.



Bu barədə fevralın 20-də Britaniyanın “The Daily Mail” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, radioaktiv dərmanlarla sızan çamadan aşkar edildikdən sonra təcili yardım xidmətləri və radioloqlar 1-ci Terminala yollanıblar. Hava limanı qismən bağlanıb. Anbarda sızmanın baş verdiyi təyyarə Swiss Air şirkətinə məxsusdur və İsveçrənin Sürix şəhərindən Barselonaya uçub.

Təyyarənin göyərtəsində 134 sərnişin və 5 ekipaj üzvü olub və ilkin olaraq onlar təyyarədə saxlanılıb. Təcili xidmətlər təyyarənin içərisində baş verən sızma səbəbindən onların çıxarılmasını təhlükəli hesab edib. İnsanlar daha sonra hava limanında təhlükəsiz yerdə təcrid edilib və orada üç saat qalıblar. Eyni zamanda sızma zamanı anbarda olan 5 işçinin ehtiyat tədbiri olaraq xəstəxanaya yerləşdirilməsinə qərar verilib.

Sızmanın yerli vaxtla saat 10:20-də aşkar edildiyi bildirilib. Barselona hava limanını idarə edən Aena şirkəti hadisənin kiçik, aşağı intensivlik olduğunu və digər uçuşlara təsir etmədiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu