Kamil Zeynallı sərbəst buraxılıb
Bu gecə Ermənistanın tələbi ilə Moskvadan Bakıya qayıdarkən Domodedovo aeroportunda saxlanılan Kamil Zeynallının azadlığa buraxıldığı bildirilir.
Bu barədə Axar.az-a idmançının köməkçisi Nicati Nicat məlumat verib.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Bundan əlavə, Kamil Zeynallının vəkili Ələkbər Qarayev APA-ya xəbəri təsdiqləyib və söyləyib ki, o bu gün Bakıya geri qayıdacaq.