Sərbəst buraxılan Kamilin vəkilindən AÇIQLAMA - VİDEO


Xəbər verdiyimiz kimi, Ermənistanın tələbi ilə Moskvadan Bakıya qayıdarkən Domodedovo aeroportunda saxlanılan Kamil Zeynallı azadlığa buraxılıb.


Fitnes məşqçisinin vəkili Ələkbər Qarayev mətbuata açıqlamalar verib.

"Vəziyyət yaxşıdır. Baxmayaraq ki, Ermənistan federal axtarışa verilmişdi və orada çox ağır maddələrlə ittiham olunurdu, amma Rusiya dövləti humanizm göstərdi və Azərbaycan dövlətinin köməkliyi və təkidi ilə Kamil Zeynallı bu gün Azərbaycana qayıdacaq. Ona görə də hamıya təşəkkürümü bildirirəm. Hamı əziyyət çəkdi. Xüsusən də Azərbaycan səfirliyinə, şəxsən Polad müəllimə təşəkkürümü bildirirəm. Həqiqətən də çox böyük iş gördülər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu