Cənubi Koreyada intern həkimlərin istefaları səbəbindən fövqəladə vəziyyət elan edilib
Cənubi Koreyada tibb fakültəsi tələbələrinin sayının artırılması təşəbbüsünə etiraz olaraq təxminən 9 min intern həkim istefalarını təqdim etdikdən sonra hökumət fövqəladə vəziyyət elan edib.
Yonhap-ın məlumatına görə, Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib ki, ötən gecə ölkə üzrə 13 min intern həkimdən 8 min 897-si istefa ərizəsi verib, onlardan 7 min 863-ü vəzifə yerini tərk edib və 11 min 481 tibb tələbəsi dərslərə gəlməyib.
Açıqlamada 94 böyük xəstəxanada çalışan təxminən 9 min intern həkimin ictimai sağlamlığına təsir göstərdiyinə əsaslanaraq, ilk dəfə olaraq ictimai sağlamlıq riski səviyyəsinin "ehtiyatlı" səviyyədən "ciddi" səviyyəyə qaldırılmasına qərar verildiyi ifadə edilib.
Səhiyyə və Rifah Nazirinin ikinci müavini Park Min-soo mətbuata verdiyi açıqlamada istefaların heç birinin qəbul edilmədiyini və hökumətin həkimlərin işə qayıtması üçün rəsmi göstəriş verdiyini açıqlayıb.
Cənubi Koreyanın tibbi qanunlarına görə, hökumət həkimlərə və digər tibb işçilərinə ictimai sağlamlıqla bağlı narahatlıq yaranarsa, vəzifə yerinə qayıtmağı əmr edə bilər.
Təlimatlara əməl etməyən işçiləri 3 ilə qədər həbs və ya təxminən 22 min ABŞ dolları məbləğində cərimə, habelə tibbi lisenziyalarına xitam verilə bilər.