Avstriyada əfqan qaçqın fahişəxanada 3 qadını qətlə yetirdi


Avstriyada əfqan qaçqın fahişəxanada qətl törədib. 3 qadını bıçaqla qətlə yetirən qaçqının bunu etmə səbəbi tutulduqdan sonra məlum olub.


Son zamanlar qaçqın böhranı ilə üzləşən Avropada dəhşətli hadisə baş verib.

Ötən gün Avstriyanın paytaxtı Vyanada baş verən hadisədə 27 yaşlı əfqan qaçqın "şərəfinə toxunulduğu" səbəbiylə əxlaqsızlıq yuvasında qətl törədib.

Adı Ebadullah olduğu öyrənilən şəxsin fahişəxananın son müştərisi olduğu və Brigittenau bölgəsindəki yerdə cinayət törətdiyi açıqlanıb. Bildirilib ki, kişi əlindəki bıçaqla işləyən qadınlara hücum edib və üç nəfəri bıçaqlayaraq öldürüb.

Alman mediası da Ebadullahdan dördüncü qadının qaçdığını bildirib.

Qətlə yetirilən qadınların kimliyi hələlik açıqlanmasa da, Studio126a adlanan məkana tək gələn Ebadullahın daha sonra parka qaçaraq oradakı polislərdən gizlənməyə çalışdığı bildirilib. Polisin qan izlərini izləyərək Ebadullahı taparaq zərərsizləşdirdiyi açıqlanıb.

Almaniyanın "Bild" qəzetinə danışan səlahiyyətlilər, "Hücum edən avstriyalı deyil, xəstəxanaya aparılıb və yaraları müalicə olunub. Polisə təhvil verilib, istintaq davam edir" deyib. Polis sözçüsü Philipp Hasslinger, "Şahid yoxdur, amma dördüncü qadın hər şeyi eşidib. Qonşudakı qışqırıqları eşidəndə öz otağını bağlayıb və bir daha çölə çıxmadı. Hücum edəni isə görməyib" deyib.

Yerli media hadisəni törədənin fahişəxanaya sonuncu müştəri kimi girdiyini, lakin bu vəziyyətin onun “qürurunu incitdiyini” iddia edərək geri qaytarıldığını bildirib. Bu məsələ ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Mənbə:Sozcu.com.tr



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu