Eyfel qülləsi 6 günlük tətildən sonra ziyarətçilərin üzünə açılıb


Fransanın məşhur Eyfel qülləsi 6 günlük tətildən sonra qapılarını ziyarətçilərin üzünə açıb.



Eyfel qülləsinin istismarından məsul olan SETE şirkəti həmkarlar ittifaqı ilə razılığa gəldiklərini açıqlayıb.

Şirkətdən verilən açıqlamada, uzlaşma çərçivəsində həmkarlar ittifaqı ilə rəhbərlik arasında hər 6 ayda bir toplantı keçirilərək şirkətin iş modeli və investisiyalarının qiymətləndiriləcəyi bildirilib.

Bundan əlavə tərəflər Parisin simvollarından biri olan məkanın saxlanması üçün 2031-ci ilə qədər 380 milyon avro sərmayə yatırmaq barədə razılığa gəliblər.

Eyfel qülləsindəki tətildən təxminən 100 min ziyarətçi təsirlənib. Şirkət ziyarətçilərdən üzr istəyib.

Paris Bələdiyyəsinin Eyfel qülləsi üçün SETE şirkətindən tələb etdiyi mənfəət payının yüksək olduğunu görən işçilər fevralın 19-da tətilə çıxıblar.

Eyfel qülləsi işçilərinin bağlı olduğu Ümumi Əmək İttifaqının (CGT) nümayəndəsi Stefan Dieu bildirib ki, onlar qüllənin bilet satışından əldə etdikləri gəliri abidənin təmiri, əməliyyat xərcləri və digər işlərə divident ödəmək üçün istifadə ediblər.

Bələdiyyənin bu mənfəət payını 50 milyon avroya çatdırmaq istədiyini ifadə edən Dieu, Covid-19 pandemiyası zamanı abidənin bağlanması səbəbindən hazırda 100 milyon avro borclarının olduğuna diqqət çəkib.

Eyfel qülləsinin işçiləri SETE-nin maliyyə siyasətinə cavab olaraq 27 dekabr 2023-cü ildə tətilə çıxıblar.

Paris Bələdiyyəsi səhmlərinin 99 faizinə sahib olduğu SETE-nin ən böyük səhmdarıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu