Rişi Sunak: “Andersonun açıqlamaları qəbuledilməz və yanlışdı”


İngiltərə Baş naziri Rişi Sunak London meri Sadık Xan haqqında islamofob açıqlamalar verən hakim partiyadan olan deputat Li Anderson barədə “Onun açıqlamaları qəbuledilməz və yanlışdı” şərhini verib.



Britaniyanın baş naziri Rişi Sunak BBC Radio York-a verdiyi açıqlamada ölkədə dini və etnik ayrı-seçkilik nəticəsində yaranan son gərginliyin heç kimin istəmədiyi səviyyədə olduğunu bildirib.

Buna görə də hər kəsin prioritetinin gərginliyi azaltmaq olduğunu qeyd edən Sunak, "Hər kəsin görmək istədiyi budur. Ona görə də sözlər çox vacibdir. Andersonun açıqlamaları qəbuledilməz və yanlış idi. Ona görə də onun partiya üzvlüyünü dayandırdıq" deyə qeyd edib.

Andersonun açıqlamalarının hakim Mühafizəkarlar Partiyasının seçki kampaniyasına təsiri ilə bağlı suala Sunak deyib: "Problem bu deyil. Belə vəziyyətlərdə standartları qoruyub saxlamalıyıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu