Avropa Birliyi qaz tenderində tələbin 3 qatı çox təklif aldı


Avropa Birliyi üzv ölkələrin ortaq təbii qaz alışı üçün qurulan platforma çərçivəsində təşkil edilən tenderdə tədarükçülərdən tələbin 3 qatı təklif aldığını açıqlayıb.



Aİ Komissiyası təbii qazın müştərək alış tenderi çərçivəsində beynəlxalq təchizatçılardan gələn təkliflərlə bağlı açıqlama verib.

Açıqlamada Aİ Enerji Platforması çərçivəsində orta müddətli qaz alqı-satqısı üçün ilk tenderin dünən axşam başa çatıb və təkliflərə cavab vermək üçün ümumi qaz həcmi 97,4 milyard kubmetr olan təkliflər qəbul edildiyi qeyd edilib.

Açıqlamada həmçinin mexanizm vasitəsilə 19 şirkətdən təqribən 34 milyard kubmetr qaz tələbatının toplandığı, tədarükçülərin tələb olunan qaz həcmindən üç dəfə çox təklif aldığı və şirkətlərin uyğun təchizatçılarla müqavilələr bağlayacaqları bildirilib.

Rusiya-Ukrayna müharibəsindən əvvəl Aİ hər il təxminən 400 milyard kubmetr təbii qaz istehlak edirdi.

Rusiya 40 faizlik payla Aİ-nin ən böyük təbii qaz tədarükçüsü idi. Müharibədən sonra Rusiyadan Avropaya təbii qaz nəqlinin əhəmiyyətli dərəcədə azalması ilə enerji böhranı başlanıb.

Aİ təbii qazda Rusiyadan asılılığını azaltmaq və təchizatçılarını diversifikasiya etmək üçün tədbirlər görüb.

Qeyd edək ki, son zamanlar Avropada qazın qiyməti müharibədən əvvəlki səviyyəyə düşüb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu