Ukrayna qaz anbarlarının üçdə birini Aİ ölkələrinə icarəyə vermək istəyir


Ukrayna Avropa ölkələrinə həcmi 10 milyard kubmetr olan qaz anbarlarını icarəyə götürməyi təklif edib.


AFN.a xəbər verir ki, bu haqda "Euractive" portalı "Naftoqaz Ukrainy" şirkətinin idarə heyətinin sədri Aleksey Çernışevə istinadən məlumat yayıb. Aleksiy Çernışev bildirib ki, ölkədə Avropanın ən böyük qaz anbarı var və onun ümumi həcmi təxminən 31 milyard kubmetrdir . "Biz öz anbarlarımızı avropalılara təklif etmək istəyirik. İndi biz 10 milyard kubmetrə qədər anbar təmin edə bilərik", - deyə Çernışov bildirib.

Bu bəyanat Ukrayna və Aİ nümayəndələri arasında Avropada ilk istilik mövsümünün yekunlarına dair müzakirələr zamanı verilib. "Naftoqaz Ukrainy" şirkətinin rəhbəri qeyd edib ki, Ukrayna ümumi həcmi təxminən 31 milyard kubmetr olan Avropanın ən böyük qaz anbarına malikdir. Onun sözlərinə görə, bu, daxili istehlak üçün kifayətdir. "Mən zəmanət verə bilərəm ki, biz bu boş yeri Ukraynada qaz saxlaya bilən Avropa ölkələrinə icarəyə verə bilərik. Onlara lazım olanda isə onu Avropaya qaytara bilərlər", - deyə o vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu