Bu gün 3-cü Antalya Diplomatiya Forumu başlayır
Bu gün 3-cü Antalya Diplomatiya Forumu öz işinə başlayır.
147 ölkədən yüksək səviyyəli nümayəndələrin qatılacağı forumun əsas mövzusu böhranlar zamanı diplomatiyanın önə çəkilməsi olacaq.
Forumda 147 ölkədən 19 dövlət və hökumət başçısı, 73 nazir iştirak edəcək.
3-cü Antalya Diplomatik Forumunda da təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb. Çoxlu sayda polis əməkdaşı bir çox məntəqələrdə növbətçilik edir və konqres mərkəzi daxilində 3 fərqli yerdə nəzarət-buraxılış məntəqələri yaradılıb.
Forum tələbələr də daxil olmaqla 4 min qonağı qəbul edəcək. 50-dən çox müxtəlif formatda açıq sessiyalar keçiriləcək.
Mənbə: TRT Haber