Salyanda 32 yaşlı kişi qətlə yetirilib, əmisi şübhəli bilinir
Salyan rayonunda qətl hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Pambıqkənd kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Əliyev Bəhruz Ədalət oğlu bıçaqla qətlə yetirilib.
Qətlin onun əmisi tərəfindən törədildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.