"Liverpul" Salahın transfer qiymətini açıqladı


"Liverpul" Səudiyyə Ərəbistanı komandalarının böyük marağına səbəb olan misirli ulduz Məhəmməd Salahın transfer qiymətini açıqlayıb.



İngiltərə mətbuatında yer alan xəbərə görə, “qırmızılar” misirli ulduzu komandada saxlamaqda çox da israrlı deyil və transferin qiyməti 100 milyon funt sterlinq təyin edilib.

Salah "Liverpul"un müəyyən etdiyi transfer qiyməti ilə komandadan ayrılsa, bu, Filipp Koutinyodan sonra İngiltərə komandasının ikinci ən bahalı satışı olacaq.

Salahın "Liverpul"la müqaviləsi 2025-ci ilin iyununda başa çatacaq.

Mənbə: Haberglobal.com.tr



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu