Yaponiyada balıqçı gəmisi dibə oturub
Yaponiyada balıqçı gəmisi dibə oturub.
Gəmidə sıxılmış vəziyyətdə qalan 24 nəfərdən ibarət ekipaj xilas edilib. Bir balıqçı ilə əlaqə saxlamaq mümkün olmayıb.
Hadisənin görüntüləri qeydə alınaraq paylaşılıb. İzləyicilər görüntülərin film səhnələrini xatırlatdığını deyiblər.
Tokionun cənubundakı Kozuşima adasının sahillərində 56 metr uzunluğunda balıqçı gəmisinin mühərriki sıradan çıxıb.
Gəmi təxminən 6 saat sürüklənərək adanın şimal-qərbində dibə oturub. Nəhəng dalğaların arasında böyrü üstə çevrilən gəmidəkilər həyəcanlı anlar yaşayıblar.
Gəminin kapitanı köməyə çağırdıqdan hadisə yerinə Yaponiya Sahil Mühafizəsinin helikopteri gəlib. Gəmidə olan 5 yapon və 20 indoneziyalı ekipaj üzvü göyərtədə toplaşıb. Uzatılan kəndirlə balıqçılar bir-bir vertolyota çəkilib.
Qəzadan 24 ekipaj üzvü xilas edilib, 1 nəfərin axtarışları davam edir.