Azərbaycan turist sayına görə qonşu ölkələrdən niyə geri qalır? – RƏY


Dünya ölkələri üzrə ötən ilin turist sayı statistikasını nəzərdən keçirəndə artıq pandemiyanın təsirlərinin arxada qaldığını görmək olur. Amma Azərbaycan haqqında təəssüf ki, bunu demək mümkün deyil.


Təkcə bizimlə qonşu ölkələrə, o cümlədən ərazi və əhali sayına görə bizdən dəfələrlə kiçik olan Gürcüstan və hətta Ermənistana daha çox sayda turist gəlib. Qardaş Türkiyəyə isə təkcə yanvar ayında 2 milyondan çox turist gəlib. Bunun səbəbi təkcə quru sərhədlərimizin bağlı olmasıdırmı?
“Zakher” travelin rəhbəri Cəfər Qara AFN.az-ın sualına cavab olaraq bildirib ki, hazırda Azərbaycanda postpandemiya dövrü davam edir və 2019-cu ildəki rəqəmlərə çatmaq üçün hədəflər qoyulub: “Təəssüf ki, 2023-cü ildə bu rəqəmlərə çata bilmədik, amma hədəfimiz qalır. 2025-ci ildə bu hədəfi əldə etməyi planlaşdırırıq. Lakin bunu daha sürətli əldə edə bilərik. Bunun üçün öncə quru sərhədləri açmalıyıq ki, qonşu ölkələrdən turistlərin ölkəmizə axını davam etsin. Həmçinin viza rejimində yüngülləşmələr olmalıdır. Bu istiqamətdə atacağımız ən vacib addımlardan biri də büdcəli hava yollarının Azərbaycana uçuşlarının təmin olunmasıdır. Büdcəli hava yolları ölkəmizin müxtəlif hava limanlarına uçuşlar həyata keçirməlidir. Bu Bakı olmaya da bilər, Qəbələ, Lənkəran, Gəncə hava limanları da olar. Bu halda biz ən qısa müddətdə, hətta mən deyərdim ki, 2019-cu ilin nəticələrini keçə bilərik”. Cəfər Qara təəsüflə qeyd edib ki, bizə qonşu dövlətlər olan Türkiyə, Gürcüstan, hətta Ermənistan belə gələn turistlərin sayına görə pandemiyadan əvvəlki rəqəmləri keçib.

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu