Rusiya və Çin Aya nüvə enerji bloku yerləşdirməyi planlaşdırır


Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) prezidenti Yuri Borisov bildirib ki, Rusiya və Çin 2033-2035-ci illərdə Ayda nüvə enerji bloku yerləşdirməyi planlaşdırırlar.


Borisov Moskvada keçirilən tədbirdəki çıxışında Çinlə Ayda birgə araşdırmalar üçün müqavilə imzaladıqlarını bildirib.

Çinlə Ay üzərində araşdırmalarla bağlı əhəmiyyətli bir layihənin hazırlandığını izah edən Borisov, "2033-2035-ci illərdə Çinli həmkarlarımızla birlikdə Ay səthinə nüvə enerji blokunun çatdırılması və quraşdırılması layihəsini qiymətləndiririk" - deyə qeyd edib.

Borisov əlavə edib ki, sözügedən qurğu robot texnologiyalarından istifadə etməklə tikilməli olacaq.

Roskosmos ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında 2021-ci ildə Ayda tədqiqat aparmaq məqsədilə birgə stansiyanın yaradılması üçün anlaşma memorandumu imzalanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu