Hindistan İsraildəki vətəndaşlarına xəbərdarlıq etdi


Ötən gün Livan sərhədində bir hindistanlı işçinin öldürülməsindən sonra Hindistan İsraildəki vətəndaşlarına sərhəd bölgələrindən uzaq durmaları barədə xəbərdarlıq edib.


Hindistanın Təl-Əvivdəki səfirliyi Livan sərhədində Hizbullah tərəfindən həyata keçirildiyi deyilən hücumda bir hindistanlı işçinin öldürülməsindən sonra İsraildəki vətəndaşlarına xəbərdarlıq mesajı verib.

Mesajda İsraildəki Hindistan vətəndaşlarına sərhəd bölgələrindən uzaq durmağa çağırılıb.

Dünən Hizbullahın İsrail sərhədinə tank əleyhinə raket hücumu nəticəsində bir hindistanlı işçi ölüb, ikisi yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu