Çində "X xəstəliyi" təhlükəsinin artdığını elan etdilər


Mütəxəssislər tərəfindən "X xəstəliyi" adlandırılan yeni potensial yoluxucu xəstəliyin yaranmasının qarşısını almaq çətin olacaq, lakin onun öhdəsindən gəlmək və pandemiyanın qarşısını almaq olar.



Bu barədə martın 9-da keçirdiyi mətbuat konfransında Çin Xalq Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Dövlət Administrasiyasının rəhbəri Van Heşenq bildirib.

Paypar portalı ekspertdən sitat gətirib: ““Xəstəliyin baş verməsinin qarşısını almaq çətin olsa da, pandemiyanın qarşısını almaq və öhdəsindən gəlmək mümkün olacaq”.

O qeyd edib ki, şərti xəstəliyin xüsusiyyətləri yüksək patogenlik və yayılma sürəti, həmçinin aktiv mutasiyalardır. Heşen əlavə edib ki, xəstəliyin baş vermə yeri və vaxtını proqnozlaşdırmaq çox çətindir.

Pandemiya riski iqlim dəyişikliyinin sürətlənməsi, insan fəaliyyətinin genişlənməsi və patogenlərin növlərarası ötürülməsinin artması kimi amillərlə artır, deyə o, yekunlaşdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu