Həkimin arvadını döyən sevgilisinə qadağa qoyuldu - FOTO
Bakıda həkimin həyat yoldaşını döyən sevgilisinin ölkədən çıxışına qadağa qoyulub.
Mətbuat.az-ın əldə etdiyi məlumata görə, qadın hadisədən sonra Azərbaycanı tərk etmək istəyib. Əslən Quba rayonundan olan Aynur Sultanova hazırda Azərbaycanla yanaşı, həm də Türkiyə vətəndaşıdır. Hadisə ilə bağlı zərərçəkmiş Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edəndən sonra A.Sultanova Azərbaycanı tərk etmək istəsə də, mümkün olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qadının yerini müəyyən edərək saxlayıb. İzahatı alınan qadının barəsində araşdırma başlanıb və araşdırmalar bitənə qədər onun ölkədən çıxışına qadağa qoyulub.
Xatırladaq ki, bir müddət əvvəl tanınmış həkim-onkoloq İbrahim Əsədlinin sevgilisi olduğu bildirilən A.Sultanova həkimin həyat yoldaşı Aynur Əsədlini döyüb. Hadisə paytaxtın Nizami rayonunda yerləşən “Loğmed” klinikasında baş verib.
Həmin klinikada işləyən İbrahim Əsədli sevgilisi Aynur Sultanova ilə iş otağında olarkən həyat yoldaşı Aynur Əsədli həkimin otağına gəlib. Bu vaxt A.Əsədli ilə həyat yoldaşı İ.Əsədli arasında mübahisə yaranıb. Mübahisə “Loğmed” klinikasının həyətində də davam edib. İ.Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə A.Əsədliyə qarşı şiddət göstərib.
Hadisə nəticəsində A.Sultanova Aynur Əsədliyə xəsarət yetirib. Zərərçəkmiş Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub.