Elçin Babayevin BDU-da 5 ili: Ekspert uğurları şərh etdi


Elçin Babayevin Bakı Dövlət Universitetinə rektor təyin edilməsindən 5 il ötür. AFN.az xəbər verir ki, təhsil məsələləri üzrə ekspert Kamran Əsədov ötən 5 ildə bu təhsil ocağında əldə olunmuş nailiyyətlər haqda yazıb.


O bildirib ki, geridə qalmış 5 ili təhlil edəndə çox müsbət dəyişiklikləri müşahidə etmək mümkündür. Beləliklə, K.Əsədov E.Babayevin rəhbərliyi altında əldə olunmuş nailiyyətləri sıralayıb:
-BDU-nun müxtəlif beynəlxalq reytinq cədvəlində vəziyyəti ciddi şəkildə irəli gedib.
-12 müxtəlif ixtisaslar üzrə ikili diplom proqramı həyata keçirilir.
- Yeni tələbə evi istifadəyə verilib.
- Universitetin tədris otaqları, laboratoriyaları tamamilə yenilənib.
- Universitetin kitabxana fonu əsaslı şəkildə dəyişib.
- Universitetin elmi nəşrləri beynəlxalq elmetrik bazalarda yer alıb.
- Dekan, Kafedra müdiri təyinatı şəffaf və ədalətli seçkilər ilə həyata keçirib.
- Universitetin həyəti təhsil mühiti formatına gətirilib.
- Həm bakalavr, həm magistratura pilləsində yeni ixtisaslar açılıb.
- Çoxsaylı beynəlxalq konfranslar keçirilib.
- Tələbələr üçün təhsilin əlçatanlılığı təmin olunub.
- BDU tələbələri beynəlxalq olimpiada və yarışlarda böyük uğurlar əldə edib.
- Tələbə təşkilatlarının fəaliyyəti daha da yaxşılaşdırılıb.
- BDU-da gənc alim və tədqiqatçıların fəaliyyəti müxtəlif qrant layihələri vasitəsilə stimullaşdırılıb.

Sonda ekspert növbəti illərdə Elçin Babayevə və BDU-nun fəaliyyətində uğurlar arzuladığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu