Bakı Avrasiya Universiteti İtaliyanın Genuya Universiteti ilə ikili diplom proqramına başladı




Bakı Avrasiya Universiteti beynəlxalq rəqabətliliyinin artırılması istiqamətində yeni nailiyyətlər əldə edib. Belə ki, yüksəkixtisaslı kadrların müasir standartlar səviyyəsində hazırlığına nail olmaq məqsədilə, eyni zamanda universitetin beynəlxalq reytinqinin yüksəldilməsi məqsədilə ikili diplom proqramlarının icrasına başlayıb.



Bakı Avrasiya Universitetinin mətbuat xidmətindən AFN-ə verilən məlumatda bildirilir ki, universitet, bu istiqamət üzrə ilk uğuruna imza atıb. Bakı Avrasiya Universiteti İtaliya Respublikasının Genuya Universiteti ilə cari tədris ilindən ali təhsilin magistratura səviyyəsində “Turizmin iqtisadiyyatı” ixtisası üzrə ikili diplom proqramının həyata keçirilməsinə başlayıb. İkili diplom proqramı çərçivəsində təhsil alan magistrantlar 3 semestr BAAU-da, 1 semestr isə Genuya Universitetində təhsil almaqla yekunda hər iki universitetin diplomunu qazanacaqlar. Əsası XVI əsrdə qoyulmuş Genuya Universiteti bugün dünya universitetləri arasında reytinqinə görə ilk 500-lükdə, ölkə üzrə isə ilk 10-luqda yer alır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu