Emin Əmrullayev: “Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması müzakirə olunur”


“Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması müzakirə olunur. İki ölkə arasında təhsil sahəsində müzakirə olunan digər məsələ ikili diplomla bağlıdır”.


Bunu Azərbaycanın təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, bu ildən Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında müvafiq qaydada ikili diplom proqramı başlayıb: “Bu, hüquqi-nöqteyi nəzərdən tam tanınan diplomlardır və ilk dəfədir tətbiq olunur. Türkiyədə apardığımız müzakirələr zamanı belə ikili diplom proqramlarının başqa sahələrdə, o cümlədən tibb, İKT sahələrində də olmasını təklif etdik. Ümid edirik ki, gələcəkdə universitetlər arasında əməkdaşlıq proqramlarının sayı artacaq”.

Qeyd edək ki, E.Əmrullayev Türkiyənin İstanbul şəhərində səfərdədir.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu