Avropa liderləri Misirlə əməkdaşlıq üçün bu gün Qahirədə olacaqlar


Avropa Komissiyasının sədri Ursula fon der Leyen və bəzi üzv dövlətlərin baş nazirləri Aİ ilə Misir arasında əməkdaşlıq memorandumu imzalamaq üçün bu gün Qahirədə olacaqlar.



İtaliyanın aparıcı qəzetlərindən biri olan "Corriere della Sera" Avropa İttifaqı ilə Misir arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumunun imzalanma mərasiminin bu gün Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sisi, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Birliyi prezidenti və Belçikanın baş naziri Aleksandr De Croo, İtaliyanın baş naziri Giorgia Meloni və Yunanıstan baş naziri Kiriakos Mitsotakisin iştirakı ilə keçiriləcəyini yazıb.

Xəbərdə sözügedən əməkdaşlıq müqaviləsinin AB-dən Misirə 5 milyard avroluq dəstəyin nəzərdə tutulduğu və 2024-2027-ci illərdə bu məbləğin kredit və qrantlarla 7,4 milyard avroya qədər arta biləcəyi bildirilib.

Qəzetin Brüsseldən verdiyi xəbərdə əməkdaşlıq memorandumunda AB ilə Misir arasındakı münasibətlərin qarşılıqlı hörmət dəyərlərinə əsaslanan strateji və qlobal tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə razılığa gəlindiyi qeyd edilib.

Xəbərdə o da vurğulanıb ki, razılaşma Misiri sabitləşdirmək və Avropaya qeyri-qanuni miqrasiya axınının qarşısını almaq məqsədi daşıyır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu