NATO Baş katibi Bakıya gəldi - YENİLƏNİB+FOTO


NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.


Azərbaycan Respublikasının və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.



***

NATO Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri başlayıb.


Bu barədə NATO-nun "X" hesabında paylaşım edilib.

Paylaşımda deyilir ki, NATO Baş katibi Azərbaycandan sonra Gürcüstan və Ermənistana səfər edəcək.

Qeyd edək ki, Stoltenberq səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək, Azərbaycanla Şimali Atlantika Alyansı arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Xatırladaq ki, Stoltenberqin Bakıya gələcəyilə bağlı məlumat bir neçə gün əvvəl yayılmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu